!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

İmişlidə tülkü iki nəfərin ölümünə səbəb oldu

!Reklam – Yazi

İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə bu gün səhər saat 8 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Ağaməmmədli kəndindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, İmişli sakini, 1986-cı il təvəllüdlü Bayramov Xanlar Xasməmməd oğlu idarə etdiyi “VAZ 21015” markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan tülkünü vurub, idarə etmədən çıxan avtomobil aşıb.

Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib, avtomobildə olan İmişli sakini, 1974-cü il təvəllüdlü Bayramov Fariz Gülməmməd oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

127
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv