İmişlidə yanğın baş verdi

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli şəhəri, N.Nərimanov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Qurumdan Yenicag.az-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 45kv.m. olan yardımçı tikilinin tavanı 15kv.m. sahədə yanıb və içərisindəki ev quşları tələf olub. Tikilinin qalan hissəsi yanğından mühafizə edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa