İmkansızlıqdan intihar etdi

media-hightechnic-468x90

бдGənc ailə başçısı maddi imkansızlıq ucbatından özünü asdı.

Xətai rayon prokurorluğundan AzNews.az-a bildirilib ki, hadisə dünən səhər saat 10:00 radələrində baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü Məmmədov İlkin Əkrəm oğlu yaşadığı evin mətbəxində qaz borusundan özünü asıb. Həkimlərin səyinə baxmayaraq, mərhumun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ailəsi tərəfindən iki uşaq atası İ.Məmmədovun özünü asmasına səbəb kimi maddi imkansızlıq göstərilib. Xətai rayon prokurorluğu və müvafiq qurumlar hadisə ilə bağlı araşdırma aparır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600