İmtahanın vaxtı açıqlandı

87517Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün imzaladığı 4/İ № əmri ilə magistratura və rezidentura səviyyələrinə keçiriləcək imtahan və tədbirlərin, eləcə də bakalavriat səviyyəsi üçün sınaq imtahanlarının plan-qrafikini təsdiq edib.

İmtahan vaxtlarını təqdim edirik:

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə:

Ərizə qəbulu 03-12 fevral

Qəbul imtahanı I mərhələ 22 fevral

Proqram seçimi 01-10 aprel

Qəbul imtahanı II mərhələ 26 aprel

İxtisaslaşma seçimi 07-12 may

Boş qalan yerlərə ixtisaslaşma seçimi 22-28 iyun

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə:

Ərizə qəbulu 16-23 fevral

Qəbul imtahanı I mərhələ 15 mart

Qəbul imtahanı II mərhələ 07 iyul

İxtisaslaşma seçimi 10-14 iyul

Boş qalan yerlərə ixtisaslaşma seçimi 21-24 iyul

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları

05, 12, 19 aprel, 3 may tarixlərində keçiriləcək.

Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları təsdiq edildikdən sonra bu təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarının və tədbirlərin plan qrafiki elan olunacaq(qafqazinfo).