“Azərişıq” ASC tərəfindən təqdim olunan 15 elektron xidmət vasitəsilə vətəndaşlar müxtəlif prosedurları onlayn şəkildə idarə edə bilirlər”.
Yenicag.az xəbər verir ki, “Azərişıq”ın Zəngilanda keçirdiyi mətbuat konfrasında bunu jurnalistlərə açıqlamasında Asan Xidmətlə iş və Elektron Xidmətlər Departamentinin direktor müavini İnam Yusifov bildirib.
“Son illərdə vətəndaşlara göstərilən xidmətlərin sadələşdirilməsi və əlçatanlığının artırılması istiqamətində mühüm addımlar atılıb. 2017-ci il ilə müqayisədə “Azərişıq” ASC-nin “ASAN Xidmət” mərkəzlərində təqdim olunan xidmətlərin sayı 8-dən 18-ə çatdırılıb. Bununla yanaşı, əvvəllər 7 prosedurla həyata keçirilən müraciətlər artıq sadəcə 2 prosedurla yekunlaşır. Bu dəyişiklik nəticəsində şəbəkəyə qoşulma prosesinin müddəti 41 gündən 20 günə qədər azaldılıb”.
İ. Yusifov onu da vurğulayıb ki, həmçinin “Azərişıq” ASC tərəfindən təqdim olunan 15 elektron xidmət vasitəsilə vətəndaşlar müxtəlif prosedurları onlayn şəkildə idarə edə bilirlər:
“Bu xidmətlər, vətəndaşlara vaxt və resurs itkisinin qarşısını almaqla yanaşı, prosedurların sürətini də artırır. Ötən il sahibkarlıq subyektlərinin 53.4%-i xidmətlərdən elektron şəkildə istifadə edib ki, bu da rəqəmsal xidmətlərin geniş yayılmasına və dövlət xidmətlərində şəffaflığın artırılmasına təkan verib”.
Məsimə Məmmədova
www.yenicag.az