İndoneziyada 5,8 maqnitudalı zəlzələ oldu - VİDEO / YENİLƏNDİ

media-hightechnic-468x90

İndoneziyada güclü zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 06:28-də (Bakı vaxtı ilə 10:28) qeydə alınıb.

Yeraltı təkanların episentri Papua əyalətinin Cayapura şəhərindən 10 kilometr aralıda yerləşib.

Müxtəlif mənbələrdə 5,1-6,3 bal gücündə olduğu deyilən zəlzələnin ocağı 43 kilometr dərinlikdə olub.

Sosial şəbəkələrdə yolların dağılması və binaların çökməsi barədə görüntülər var. Həmçinin yerli mediada ölənlərin və xəsarət alanların olduğu bildirilir.

 

*** 11:23

 

İndoneziyada güclü zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, məlumatı Avropa Seysmoloji Mərkəzi yayıb.

Məlumatda bildirilib ki, yeraltı təkanlar 5,8 maqnituda qeydə alınıb.

Dağıntılar və tələfat barədə məlumat verilməyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600