!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İndoneziyada fəlakət qurbanlarının sayı 832-yə çatıb

!Reklam – Yazi

Cümə günü İndoneziyada baş verən zəlzələ və tsunami sonrasında ölənlərin sayı 832-yə yüksəlib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, əlaqənin kəslməsi səbəbiylə Donqqala bölgəsindən zərər və itkilərlə bağlı hər hansı bir məlumat almaq mümkün deyil. Digər fəlakət ərazilərində isə ölənlərin 405-nin şəxsiyyəti bəlli olub.

Bölgədə elektrik kəsilməsinin davam etdiyini vurğulayan səlahiyyətlilər, yanacaq, yemək və xüsusilə içməli su problemlərinin artdığını bildirib.

Təkcə dünən axşam, 29 şəxsin itgin düşdüyü, təxminən 17 min insanın təxliyyə olunduğu qeyd olunub.

Prezident Vidodo, fövqəladə vəziyyət elan etməklə bərabər, axtarış və xilasetmə fəaliyyətlərinə dəstək olmaq üçün bölgəyə qoşun göndərməyi əmr edib.

Qeyd edək ki, Donqqala bölgəsinin 27 kilometr şimal-şərqində yerin 10 kilometr dərinliyində meydana gələn 7,7 gücündəki zəlzələdən sonra 3-6 metr yüksəklikdə tsunami fəlakəti yaşanmışdı.

www.yenicag.az

8393
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv