!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnflyasiyanın artan tempi: "Ödəmə qabiliyyəti aşağı düşüb"

!Reklam – Yazi

“İnflyasiyanın ikirəqəmli həddə çatdırılması əhalinin sosial rifahına ciddi şəkildə mənfi təsir göstərir”.

Bu sözləri Avropa Birliyinin Rusiya neftinə embarqosunun birjalardakı qiymətlərə mümkün təsirlərini dəyərləndirən iqtisadçı Asif İbrahimov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin davam etməsindən ən çox zərər çəkən sırf əhalidir:

“Məlumdur ki, Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti hələ də davam etməkdədir. Bu isə neftin qiymətlərinə təsirsiz ötüşmür. Eyni zamanda, qida sahəsindən tutmuş məişətdə istifadə olunan bütün məhsulların qiymərtində artım var. Bu gün inflyasiya tarixin ən yüksək səviyyəsinə çatıb. İnflyasiyanın ikirəqəmli həddə çatdırılması əhalinin sosial rifahına ciddi şəkildə mənfi təsir göstərir və buna görə də ödəmə qabiliyyəti aşağı düşüb. Bunun ailələrin büdcəsinə təsiri qaçılmazdır.

Rusiya neftinə alternativ olaraq Azərbaycan dekabr ayında Türkəminstan, Azərbaycan və İran arasında qaz sazişi imzalandı. Bundan başqa, Azərbaycan Avropa bazarına müxtəlif vasitələrlə öz məhsullarını çıxarmaq imkanına malikdir. Bir çox Avropa İttifaqı rəsmilərinin fikirlərinə görə, Azərbaycanın strateji və etibarlı tərəfdaş olması bu sahədə alternativ olmasına səbəb ola bilər”.

Gülşən Şərif

www.yenicag.az

689
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv