!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnsanları təngə gətirən TIXACLAR: Necə həll edilməlidir? - ŞƏRH

!Reklam – Yazi

Son həftələrdə paytaxtdakı tıxacların sayı əvvəlkinə nisbətən daha da artıb. Əvvəllər ən azından həftə sonları və ya bayram günlərində bir az boşluq olurdu, indi isə günün istənilən saatı tıxaclar hökm sürür. Bu səbəblə də metrolarda və avtobuslarda da daima sıxlıq olur. Bəziləri bu problemi Bakıya digər regionlardan köçən şəxslərlə əlaqələndirir.

Bəs əsl səbəb nədir? Tıxacların qarşısını almaq üçün alternativ yollar hansılardır? Həqiqətən də Bakıya bu qədər köç varmı?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, tıxacın yaranmasının bir neçə səbəbi var:

 

 

“Yolların hərəkət qabiliyyəti aşağıdır. Məsələn, insanlar parkinqi düzgün etmir, sərnişin daşıma prosesi düzgün yerinə yetirilmir, metro xətlərinin çəkilişi və istifadəyə verilməsi və s. hallar tıxacları artırır.

Çıxış yollarından biri odur ki, yeni küçələr və ya prospektlər inşa edilsin. Alternativ yollar çəkilsin. Həmçinin məhəllədaxili yollar çəkilməlidir. Yeni tikilən binalara tələb qoymaq lazımdır ki, avtomobil parkları yaradılsın. Şəhərin küçə və prospektlərində böyük, irihəcmli avtobus xətlərinin nasazlığına nəzarət etmək lazımdır. Neçə dəfə görmüşəm ki, avtobus xarab olur. Yaxınlıqdakı maşınlar da bu problemdən əziyyət çəkir. Konkret bir səbəb yoxdur. Yollarda təmir işləri də çoxdur. Həmçinin beynəlxalq tədbirlər də rol oynayır”.

Şahanə Paşa

COP29

www.yenicag.az

278
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv