“İnter” növbəti mərhələyə yüksəldi

media-hightechnic-468x90

1405008120Bu gün Avropa Liqasının I təsnifat mərhələsində cavab görüşləri keçirilir.

Bu mərhələdə iştirak edən Azərbaycan klublarından “İnter” Moldovanın “Tiraspol” komandasını “Şəfa” stadionunda qəbul edir. Bu komandalar arasında ilk görüş bakılıların 3-2 hesablı qələbəsi ilə başa çatmışdı.

Qeyd edək ki, bu mərhələdə mübarizə aparan digər təmsilçimiz “Qəbələ” klubu Bakı vaxtıyla 23:30-da Bosniya-Hersoqovinada “Şiroki Briyeq”lə qarşılaşacaq. İlk görüş “Şiroki Briyeq”in 2-0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

“Tiraspol”un oyunçusu Bulat matçın 6-cı dəqiqəsində komandasını irəli keçirdi 0-1.

“Tiraspol” komandasının qapıçısı Georgiyev qırmızı vərəqə almaqla meydanı tərk etdi. “İnter”in oyunçusu Arif Daşdəmirov komandasının bərabərlik qolunu vurdu 1-1.

Caparidze “İnter”in oyunçusuna qarşı kobudluğa yol verdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldı və “Traspol”un qapısına 2-ci 11 metrlik cərimə zərbəsi təyin edildi. Tsaxadadze bakılıların 2-ci qolunu rəqibin qapısından keçirdi 2-1.

“İnter”in oyunçusu Hüseynpur komandasının növbəti qoluna imza atdı 3-1.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600