İnternet media ilə bağlı kitabın təqdimetmə mərasimi keçirildi
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) “İnternet üzərindən yayılan informasiyalara görə yaranan etik və hüquqi məsuliyyət” kitabının təqdimatının təqdimatını keçirib.
Yenicag.az-ın tədbirdə iştirak edən əməkdaşının məlumarına görə, kitab, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə icra olunan “İnternet üzərindən yayılan informasiyalara görə yaranan hüquqi məsuliyyət mövzusunda KİV təmsilçilərinin maarifləndirilməsi” çərçivəsində hazırlanıb.
JuHİ sədri, KİVDF Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli konfransın açılışında bunları qeyd edib: “ Azərbaycanda sürətli internet xidmətinin təşkili internet istifadəçilərinin sayını hər keçən gün daha da artırır. Bu gün interneti, sosial şəbəkələri nəzarətsiz zona kimi dəyərləndirənlər çoxdur. Şəxsi həyat toxunulmazlığı, təhqirin yolverilməzliyi, ailə-məişət informasiyalarının həssaslığı, dövlət sirri- bu kimi məsələlərdən xəbərsiz olan xeyli insan var. Avqust ayında cəbhə bölgəsində yaşanan gərginlik zamanı bu problemleri daha yaxşı müşahidə etdik. Hətta dövlət strukturları məsələyə birbaşa müdaxilə etmişdilər”.
Tanınmış media eksperti Ələsgər Məmmədli də təqdimat barədə öz fikirlərini bildirib:
“ Kitabda online media sahəsində qəbul olunan etik və hüquqi maddələr yalnız Azərbaycan Respublikasının ərazisində keçərli olacaq. Belə ki, şəxs internetə daxil olduğu zaman onun İP ünvanı müəyyən olunacaq. Bu zaman həmin insan virtual olaraq hər hansı təhqirə, qanun pozuntusuna yol veribsə, dərhal məsuliyyətdaşıyacaq. Həmçinin xüsusi olaraq vurğulayaq ki, konstitusiyamızın 156-ci maddəsində hər hansı şəxsə aid gizli məlumatlarını internetdə, o cümlədən KİV-də yayılarsa, həmin informasiyanı yayan şəxs haqda cəza tədbirləri nəzərdə tutulub.”
Daha sonra jurnalistlərin suallarını cavablandıran ekspert online mediada peşəkar jurnalistlərin az olmasını və bunun cəmiyyət üçün ciddi təhlükə olduğunu qeyd edib. İstifadəçilərin şəxsi informasiyalarının qorunmasının vacibliyini də vurğulayıb.
Qeyd edək ki, təqdimatda Azər Həsrət də Online Mediada “citizen” (vətəndaş)“netiket” (etiket) qaydaları haqda müəyyən fikirlərini söylədi. Qəbul olunmuş 10 qayda haqda danışdı. Sosial şəbəkələrdə olduğu kimi özünü təqdim etmək, qarşındakını təhqir etməmək, başqasının zamanına hörmətlə yanaşmaq, bilgiləri paylaşmaqda xəsislik etməmək, imkanlardan sui-istifadə etməmək, başqalarının səhvini bağışlamağı bacarmaq- bu kimi müddəaların kitabda qeyd olunduğunu bildirdi.
Kamran