İqor Kartavıx Rusiyaya yola salındı
Bakıda həbs olunan “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx Rusiyaya yola salınıb.
Yenicag.az xəbər verir ki, APA-nın Moskva bürosunun məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, İqor Kartavıx artıq sərbəst buraxılıb və Rusiyaya uçub.
Xatırladaq ki, Kartavıx bu ilin yayında Bakıda həbs edilmiş, oktyabr ayında isə ev dustaqlığına buraxılmışdı.