Ərdoğan Tufan Erhürmanı təbrik etdi

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cumhuriyyətində keçirilən seçkilərin nəticələri ilə bağlı açıqlama yayıb.

Yenicag.az xəbər verir ki, Ərdoğan paylaşımda prezident seçilən Tufan Erhürmanı təbrik edib:

“Rəsmi olmayan nəticələrə görə Prezident seçilən Tufan Erhürmanı təbrik edirəm.
Kiprli qardaşlarımızın iradəsini sandıqlarda əks etdirən bu seçkinin ölkələrimiz və bölgəmiz üçün xeyirli olmasını arzulayıram.

Türkiyə olaraq, Şimali Kipr Türk Cümhuriyyətinin suverenlik hüquqlarını və maraqlarını Kipr türkü qardaşlarımızla birlikdə hər cür platformada müdafiə etməyə davam edəcəyik”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa