İnterpolun axtardığı azərbaycanlı Gürcüstanda tutuldu

Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Marneulidə saxlanılan 1990-cı il təvəllüdlü İ.M. adlı şəxsin avtomobilində “Kalaşnikov” avtomatı, 2 daraq və 50 patron aşkarlanıb. Saxlanılan şəxsin 2014-cü ildən İnterpolun “qırmızı xətti” ilə axtarışda olduğu müəyyənləşib. O, qətl törətməkdə günahlandırılır.

Gürcüstan DİN dövlət sərhədini qanunsuz keçmə və qanunsuz silah saxlama maddələri ilə istintaq aparır.

COP29