İntiqam Babayev vəzifəsindən azad edildi

media-hightechnic-468x90

Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri İntiqam Babayev tutduğu vəzifədən azad edilib. 

media-banner_tkm

Bu barədə Sfera.az məlumat əldə edib.

İ.Babayev bu vəzifəyə 2022-ci ilin martında təyin olunmuşdu.

O, 2000-ci ildən 2021-ci ilin noyabrına qədər gənclər və idman nazirinin müavini vəzifəsində işləyib.

Qeyd edək ki, İ.Babayev 22 iyun 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi kimi başlayıb. 1998-1999-cu illərdə Gənclər, İdman və Turizm Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05