Deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə Sabir adına kütləvi kitabxanada seçicilərlə görüş keçirib.
Yenicag.az xəbər verir ki, İqbal Ağazadənin təşviqat mərhələsində seçicilərlə son görüşü Milli qəhrəmanımız Mübariz İbrahimovun doğum gününə təsadüf etdiyi üçün, onun xatirəsinə sayğı duruşu, eləcə də şəhidimizin ruhuna alqışlarla başlanıb.
Görüş zamanı yenə izdiham yaşanıb, yüzlərlə insan içəri daxil ola bilməyib.
Çıxış edən İqbal Ağazadə bu şəkildə coşqu ilə onun görüşünə gələn hər kəsə təşəkkürünü bildirib.
Görüşdə Qarabağ qazisi İqbal Ağazadə ölkə və məhəlli problemlərdən danışıb, parlamentdə təmsil olunandan sonra bütün bu məsələləri Milli Məclisdə qaldıracağını dilə gətirib.
Görüşə qatılan bütün seçicilər bir nəfər kimi İqbal Ağazadəni əmin ediblər ki, seçkidə iştirak edəcək və məhz ona səs verəcəklər.
www.yenicag.az