Türkiyə Azərbaycan və Ermənistan arasında sülh sazişinə ümid edir

media-hightechnic-468x90

Türkiyə ötən gün Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün şəraitin yaradılacağına ümid etdiyini bildirib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XIN) bəyanatında bildirilib.

Ankarada səsvermənin yekunlarını alqışlayıb və onun nəticələrinin erməni xalqının rifahına xidmət etməsini arzulayıblar.

“Ümid edirik ki, seçkidən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasını mümkün edəcək şərait yaradılacaq”, – Türkiyə XİN-dən vurğulanıb.

Həmçinin qeyd edilib ki, Türkiyə Cənubi Qafqaz dövlətlərinin ümumi maraqları əsasında regionda sabitliyin təmin olunması prosesini dəstəkləməyə davam edəcək.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05