!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İqlim böhranının insanlara TƏSİRİ: “Hətta bu şəxslər üçün ölümcül...” - ARAŞDIRMA

!Reklam – Yazi

“İqlim böhranı fonunda bəzi şəxslərdə simptomlar pisləşəcək və bəziləri üçün isə ölümcül olacaq”.

Yenicag.az xəbər verir ki, mütəxəssislər, iqlim böhranının tənəffüs xəstəlikləri olan insanlar üçün riskləri barədə xəbərdarlıq edir, havanın çirklənməsi ilə bağlı ÜST-ün tənzimləyici məhdudiyyətlərinə riayət etməyə çağırırlar.

Mütəxəssislərin fikrincə, iqlim böhranı tənəffüs xəstəlikləri olan insanlar üçün böyük risk yarada bilər. Çünki yüksək temperatur və dəyişən hava şəraiti ağciyərlərin sağlamlığı ilə bağlı problemləri daha da artırır. Meşə yanğınları, toz fırtınaları və yanacağa əsaslanan nəqliyyat, mövcud tənəffüs xəstəliklərini daha da ağırlaşdırır.

Havanın çirklənməsinin 2019-cu ildə dünya üzrə 6,7 milyon insanın ölümünə səbəb olduğu təxmin edilir. İstixana qazları və havanın çirklənməsi əsasən eyni mənbələrdən qaynaqlanır.
İqlim böhranı və havanın çirklənməsindən daha çox uşaqlar zərər çəkir. Çünki onların ağciyərləri hələ tam inkişaf etməyib. Uşaqlar tez-tez nəfəs aldıqları üçün böyüklərə nisbətən daha çox hava qəbul edirlər.

Mütəxəssislər hesab edir ki, istixana qazı emissiyalarının azaldılması, planetin daha da istiləşməsinin qarşısının alınması istiqamətində atılacaq addımlar insan sağlamlığının sürətlə yaxşılaşacağına işarə edə bilər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

297
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv