İran İslam İnqilabı: 14 gündə çökən monarxiya və 46 illik TEOKRATİYA

media-hightechnic-468x90

1979-cu ilin yanvarında dünya siyasi tarixinə damğa vuran nadir bir hadisə baş verdi: İran monarxiyası – 2500 illik bir dövlət ənənəsi cəmi iki həftə ərzində süqut etdi. Bu, sadəcə bir rejimin dağılması deyil, Yaxın Şərqdə geosiyasi güc balansının köklü şəkildə dəyişməsi idi. Hadisələrin mərkəzində bir tərəfdən modernləşmə iddiası ilə çıxış edən, lakin xalqdan uzaqlaşan şah rejimi, digər tərəfdə isə sürgündən göndərdiyi ideoloji çağırışlarla xalqı arxasınca aparan Ayətullah Xomeyni dayanırdı.

media-rafi1

Modernləşmənin böhranı: Şah rejiminin dağılması

Məhəmmədrza Pəhləvi ölkəsini qərbyönlü, müasir bir dövlətə çevirməyə çalışırdı. Torpaq islahatları, sənayeləşmə və Qərb dəyərlərinin sürətli idxalı bu vizyonun əsas sütunlarına çevrildi. Lakin bu islahatlar cəmiyyətin sosial toxumasına uyğun deyildi. Ənənəvi kənd təsərrüfatı sistemləri pozuldu, SAVAK adlı amansız təhlükəsizlik aparatı geniş repressiyalar həyata keçirdi, dini dəyərlərə qarşı sərt mövqe cəmiyyətin geniş təbəqələrində narazılıq yaratdı. Xüsusilə dini liderlərin nüfuzunun zəiflədilməsi və qadınların geyiminə dair dövlət müdaxiləsi monarxiyanın ictimai dayaqlarını ciddi şəkildə sarsıtdı.

media-ayatollah-khomeini-praying-in-neauphle-le-chateau-france-on-news-photo-1677199375

Xomeyni: İdeoloji qaranlıqdan siyasi səhnəyə

1964-cü ildə sürgün edilən Ayətullah Xomeyni öncə İraqda, daha sonra Fransada siyasi fəaliyyətini davam etdirdi. Parisin ətrafındakı Nofl-le-Şato qəsəbəsində səsləndirdiyi çıxışlar kaset formasında İrana göndərilir, orada minlərlə insan tərəfindən dinlənilirdi. Onun əsas ideyası olan “Vilayət-i Fəqih” – yəni dini rəhbərin siyasi rəhbərliyi modeli həm teokratik hakimiyyətin əsaslandırılması, həm də Qərb təsirinə qarşı müqavimət formulu kimi təqdim olunurdu. Bu çıxışlar artıq dini çağırışdan çox siyasi ideologiyanın təməl prinsiplərinə çevrilmişdi.

media-ap19031551439446-e1549023492291

Sosial partlayış: Etirazlardan inqilaba gedən yol

1978-ci ildən etibarən ölkə boyu yayılan etirazlar ilkin mərhələdə iqtisadi problemlər və siyasi təzyiqlərə qarşı idi. Lakin qısa zamanda bu narazılıqlar inqilabi xarakter aldı. Hər etiraz aksiyasından sonra baş verən qanlı olaylar yeni yas mərasimlərinə, onlar isə növbəti nümayişlərə yol açırdı. Bu dövr bir növ “matəm siklinə” çevrildi. Eyni zamanda neft sektorundakı tətillər iqtisadi sistemi iflic vəziyyətə saldı, orduda yaranan parçalanma isə rejimin müqavimət qabiliyyətini zəiflətdi.

media-26

Hakimiyyətin dəyişməsi: Səhnədən çəkilən şah və geri dönən Xomeyni

1979-cu il yanvarın 16-da şah ölkəni tərk etdi. Bu an yalnız siyasi dəyişiklik deyil, həm də tarixi bir sivilizasiya modelinin sonu kimi qəbul olundu. Cəmi iki həftə sonra, fevralın 1-də Xomeyni İrana qayıtdı və milyonlarla insan tərəfindən qarşılandı. Bununla da ölkənin siyasi mənzərəsi tamamilə dəyişdi, monarxiyanın yerini məscidlərə söykənən teokratik sistem aldı.

media-ruhollah-khomeini-greeting-supporters-tehran-february-1979

Teokratik dövlət modeli: Vilayət-i Fəqihin hüquqi əsaslandırılması

Mart ayında keçirilmiş referendumda İran İslam Respublikası elan olundu və konstitusiyaya “vilayət-i fəqih” prinsipi daxil edildi. Bu sistem ali dini lideri ölkənin əsas qərarverici fiquruna çevirdi. Parlament, prezident və məhkəmə orqanları yalnız onun təsdiq etdiyi çərçivədə fəaliyyət göstərə bilərdi. Beləliklə, dünya tarixində klassik respublika formasından fərqli olaraq, tamamilə yeni – teokratik diktatura modelinə əsaslanan dövlət formalaşdı.

media-ap_7911060825
ABŞ səfirliyinin zəbt edilməsi 

Geosiyasi təkanlar: İnqilabın beynəlxalq əks-sədası

İnqilabın təsiri yalnız İranla məhdudlaşmadı. ABŞ İran neftindən məhrum oldu, səfirliyi zəbt edildi və diplomatik münasibətlər dayandırıldı. Səudiyyə Ərəbistanı kimi sünni monarxiyalar şiə inqilabının ixracından ciddi narahatlıq keçirdi. Sovet İttifaqı isə inqilabda rol alan kommunistlərin sonradan sistemdən uzaqlaşdırılmasına təəccüblə yanaşdı. İran artıq həm Qərb, həm də Şərq üçün proqnozlaşdırılması çətin bir aktora çevrilmişdi.

media-221118-ayatollah-khomeini-1979-bw-ac-626p-e36f90

İnqilab sonrası repressiyalar: Müttəfiqlərin aradan çıxarılması

İnqilab zamanı Xomeyniyə dəstək verən liberallar, solçular, demokratik çevrələr və ziyalı təbəqə qısa müddət sonra təqibə məruz qaldı. Müstəqil mətbuat qapadıldı, parlament azadlığı ləğv edildi, qadın hüquqları ciddi şəkildə məhdudlaşdırıldı. Xomeyni əvvəlcə dəstək aldığı bütün qüvvələri daha sonra rejimin sabitliyinə təhlükə olaraq qiymətləndirdi və onlardan qurtuldu. Nəticədə isə bu gün İranda mövcud olan siyasi sistem 46 il öncə formalaşan ideoloji bazada fəaliyyətini davam etdirir.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600