NATO Zirvəsi səbəbilə Ankarada bütün ictimai tədbirlər qadağan edildi
Ankarada keçiriləcək NATO Zirvəsi ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində bir həftə müddətinə ictimai tədbirlərin keçirilməsi dayandırılıb.
Yenicag.az-ın xəbərinə görə, bu barədə Ankara valiliyi məlumat yayıb.
Bildirilib ki, 6 iyul 2026-cı il, bazar ertəsi saat 06:00-dan 12 iyul 2026-cı il, bazar günü saat 24:00-dək dövlət qurumları və qeyri hökumət təşkilatları tərəfindən təşkil olunan imtahan, simpozium, panel, məzuniyyət mərasimi, şənlik, konsert, əyləncə, bayram və digər ictimaiyyətə açıq tədbirlərin keçirilməsi dayandırılır.
Qonaqların yerləşdirildiyi mehmanxanaların ətrafında, həmçinin toplantıların keçiriləcəyi “ATO Congresium Kongre ve Sergi Merkezi” və Prezidentin İqamətgahı ətrafında nəqliyyatın hərəkətinə mane ola biləcək, kütləvi toplaşmalara səbəb olacaq və təhlükəsizliyi risk altına sala biləcək bütün açıq və qapalı tədbirlərə icazə verilməyəcəyi qeyd olunub./Apa/












