Putin: "Rusiyanın Azərbaycanla yaxşı münasibətləri qorunub saxlanılır"
Rusiya və Azərbaycan münasibətləri həmişə çox yaxşı olub, və belə də qalmaqda davam edir.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Prezidenti Vladimir Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.
“Rusiya Federasiyası və Azərbaycanın münasibətlərini çox yaxşı qiymətləndirirəm. Bizim Azərbaycanla xoş münasibətlərimiz həmişə olub və indi də belədir. Həm iqtisadiyyatda, həm də siyasi sahədə. Biz bir neçə il əvvəl qarşılıqlı fəaliyyət haqqında bəyannamə imzaladıq. Bu münasibətlər beləcə inkişaf edir”, – Rusiya lideri qeyd edib./Report/












