!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran-İsrail gərginliyində bu nüansa DİQQƏT: “Genişmiqyaslı hücum təşkil etməyi düşünsə...”

!Reklam – Yazi

“Reallıqları nəzərə aldıqda hər iki tərəfdən təhdidvari bəyanatlar görmək normaldır”.

Bunu Yenicag.az-a açıqlamasında İran Prezidenti Məsud Pezeşkianın “İsrailin hərbi potensialına kifayət qədər böyük zərər vurmaq potensialındayıq” bəyanatını şərh edən politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, hazırda İran və İsrail bir-biri ilə genişçaplı eskalasiyalardan yayınır.

“Əslində, son hücumlara diqqət etsək, sanki hesablı addımlar olduğunu görürük. Böyük dağıntıların və tələfatların olmaması bunu deməyə əsas verir. Nəticə etibarilə hər iki tərəf gərginliyin pik həddə çata biləcəyini dərk edir. Əks təqdirdə, müharibənin geniş xarakter alması qaçılmaz ola bilər. Yəni bəyanatlara baxmayaraq, İran İsrailə böyük zərbə endirməyəcək.

Digər aspektdən yanaşsaq, əgər İran İsrailə qarşı genişmiqyaslı hücum təşkil etməyi düşünsə belə, buna potensialı varmı? İsrailin güclü hava hücumundan müdafiə sisteminə qarşı hansı silahdan istifadə edəcək? Reallıqları nəzərə aldıqda hər iki tərəfdən təhdidvari bəyanatlar görmək normaldır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

214
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv