“İran Qarabağa sülhməramlıların yerləşdirilməsinin əleyhinə çıxır”

media-hightechnic-468x90

lllllp“İran regionda xarici sülhməramlı güclərin yerləşdirilməsinin əleyhinə çıxır”.

Bunu İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, Azərbaycanın işğal altındakı torpaqlarına sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı sualı şərh edərkən bildirib ki, rəsmi Tehran belə təşəbbüsə qarşıdır. Səfirin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan, Ermənistan və ATƏT-in Minsk Qrupundan asılıdır:

“Mən əminəm ki, başqa hərbi kontingentlərin regionda yerləşdirilməsi bölgədə təhlükə yaradar. İraq və Əfqanıstan buna açıq nümunədir”. İranın Ermənistandakı rəsmi nümayəndəsi onu da qeyd edib ki, rəsmi Tehran Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllini dəstəkləyir: “Biz hərbi variantları ağlasığmaz hesab edirik”

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa