İrana qarşı lazımı tədbirlər görüləcək Ağ Ev

media-hightechnic-468x90

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi İran hökumətinin yenidən əxlaq polisini küçələrə buraxmasına münasibət bildirib.

Yenicag.az xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında iranlı qadın və qızların geyim tərzi barədə hüquqlarını müdafiə edib.

“İranlılar öz taleləri barədə qərar verə bilməli, qadınlar geyim tərzlərinin seçimində sərbəst olmalı və ABŞ İrana təzyiqləri artırmalıdır”, – Kirbi bildirib.

O, həmçinin, beynəlxalq su yollarında ticarət gəmiləri üçün dəniz təhlükəsizliyinə toxunaraq bildirib ki, İrandan gələn təhdidlər artıb və ABŞ həmişə İranın sabitliyi pozan davranışlarına qarşı lazımi tədbirlər görəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600