İranda etiraz aksiyaları davam edir – Bu dəfə polis güllələndi

İranda iqtidara qarşı keçirilən etiraz aksiyaları davam edir.

Yenicag.az xəbər verir ki, Nəcəfabad şəhərində davam edən aksiyada bir polis əməkdaşı ölüb, 3 nəfər isə yaralanıb.

Onlar iştirakçılardan birinin ov tüfəngi ilə atəş açmasının qurbanı olublar.

Bununla da dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində davam edən etiraz aksiyaları nəticəsində ölənlərin sayı 12-yə çatıb.

Qeyd edək ki, İrandakı etirazlar bütün dünyada, xüsusilə də ABŞ-da böyük maraqla izlənir.

COP29