“Belə iddialar və bəyanatlar heç bir halda Azərbaycanın mövqeyinə təsir göstərmək potensialına malik deyil”.
Bu fikirləri İranın rəsmi şəxsləri tərəfindən Azərbaycana yönəlik təhdidlərin yenidən intensivləşdiyinə münasibət bildirən politoloq Elçin Mirzəbəyli Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, İran adlanan ölkənin parlamentinin demokratik əsaslarla idarə edilmədiyini və oradakı atmosferin daim nəzarət altında olduğunu nəzərə alsaq, belə iddiaların səsləndirilməsində Tehrandakı ayrı-ayrı qüvvələrin rolu var:
“İran parlamentindən Azərbaycan əleyhinə iddialar səsləndirilirsə, şübhəsiz ki, Tehran belə yanaşmanın nəticədə özünə ziyan vuracağını unutmamalıdır.
Bölgədəki demokrafik vəziyyəti nəzərə alaraq, proseslərin perspektivini müəyyənləşdirmək mümkündür.
İran adlanan ölkənin parlamentinin demokratik əsaslarla idarə edilmədiyini və oradakı atmosferin daim nəzarət altında olduğunu nəzərə alsaq, belə iddiaların səsləndirilməsində Tehrandakı ayrı-ayrı qüvvələrin rol oynadığı da vurğulanmalıdır.
Bu kimi iddialar və bəyanatlar heç bir halda Azərbaycanın mövqeyinə təsir göstərmək potensialına malik deyil. Ola bilər ki, İran belə incik ifadələrlə Ermənistanı sakitləşdirməyə çalışır”.
Nəsimi Ələsgərli
www.yenicag.az