İranda müxalif şəbəkələrlə əlaqəli 7 nəfər saxlanılıb
İranın şimalındakı Semnan vilayətində müxalif şəbəkələrlə əlaqəli 7 nəfər saxlanılıb.
Bu barədə Yenicag.az “Tasnim” agentliyinə istinadən xəbər verir.
Bildirilib ki, təqsirləndirilən şəxslər müxalif media qurumları ilə əlaqəyə keçərək təhlükəsizlik və ictimai qaydalara zidd fəaliyyətlərlə məşğul olublar.
Onlar həmçinin strateji obyektlərin coğrafi koordinatlarını həmin şəxslərə ötürməkdə ittiham olunurlar.













