İranda son sutka ərzində yeni növ koronavirusdan daha 265 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Bu günədək İranda koronavirusdan ölənlərin sayı 29870-ə çatıb.
Son 24 saat ərzində 4 552 yeni yoluxma faktı qeydə alınıb, bununla da İranda bu günə qədər koronavirusa yoluxanların ümumi sayı 522 387-yə çatıb.
420 910 nəfər xəstəlikdən sağalıb, hazırda virus daşıyıcısı olan 4684 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.
www.yenicag.az