!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda təhsildən uzaqlaşanların sayı bir milyona YAXINLAŞIR

!Reklam – Yazi

İranın Statistika Mərkəzinin açıqladığı yeni məlumatlara görə, ölkədə təhsilini yarımçıq qoyanların sayı 992 min nəfərə çatıb.

Yenicag.az İran mediasına istinadən xəbər verir ki, təhsildən uzaqlaşanların sayının artmasına səbəb, əsasən, yoxsulluq, ailələrin qız uşaqlarının məktəbə getməsinə mane olmaları və azyaşlıların məcburi əməyə cəlb edilməsidir.

Qeyd olunur ki, 2023-cü ilin sonlarından 2024-cü ilin sentyabrına qədər 216 mindən çox uşaq məktəbdən kənarda qalıb. Təhsil sistemindəki bu çətinliklər İranda şagirdlərin getdikcə daha çox məktəbi tərk edib, əmək bazarına daxil olmağa üstünlük vermələri ilə əlaqələndirilir. Artıq təhsil almaq 20 il öncəki kimi cəlbedici bir imkan sayılmır.

Bu vəziyyət ölkədə təhsil sahəsində ciddi sosial və iqtisadi problemlərin mövcud olduğunu göstərir. Təhsildən uzaqlaşma isə gənclərin gələcəyini və ümumilikdə cəmiyyətin inkişafını ciddi şəkildə təhdid edir.

Məsimə Məmmədova

www.yenicag.az

117
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv