İran xilasediciləri qəzaya uğramış “ATR-72” təyyarəsinin qurbanlarının 45-inin cəsədini tapdıqlarını açıqlayıblar.
Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar İdarəsinin yerli idarəsinin rəhbəri Cəlal Puranfard bildirib.
O qeyd edib ki, həlak olanların axtarışı davam edir. İndiyədək 45 cəsəd tapılıb. Onlardan bəzilərinin şəxsiyyəti hələlik müəyyənləşdirilməyib.
Qeyd edək ki, “Aseman Airlines” şirkətinə məxsus, Tehrandan Yasuca üçan “ATR-72” sərnişin təyyarəsi ötən bazar günü qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə 6 heyət üzvü də daxil olmaqla, 66 nəfər olub. Onlar hamısı qəzada həlak olub.
www.yenicag.az