İrandan Azərbaycana tiryək keçirmək istəyən şəxs saxlanılıb

media-hightechnic-468x90

narAstara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İrandan piyada yolla ölkəmizə gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Yenicag.Az-a verilən məlumata görə, həmin vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) narkotik vasitələr – bir ədəd bükümdə, xalis çəkisi 9,850 qram təşkil edən heroin və bir ədəd bükümdə, xalis çəkisi 0,5 qram təşkil edən tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.Az

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa