İrandan İngiltərəyə şok ittiham
İranın Baş Qərargah generalı Həsən Firuzabadi İngiltərənin çirkli siyasəti nəticəsində İŞİD-in ortaya çıxdığını vurğulayıb.
Yenicag Türkiyə mediasına istinadən bildirir ki, Qum şəhərində çıxış edən Firuzabadi İŞİD və İngiltərəni hədəf alıb. İŞİD-in ilk vaxtlarda Əl-Qaidə ilə bağlantılarının olduğunu bildirən Firuzabadi “İŞİD, imperialist İngiltərənin siyasəti nəticəsində ortaya çıxıb. Düşmən, sionist rejim və İngiltərənin maliyyə dəstəyi ilə Əməvi və Abbasilər xilafətini yaratmaq istəyirlər. Bu gün İŞİD, İslam və Şiəliyin ən böyük düşmənidir”.
.