İrandan Müctəba Xameneinin səhhəti ilə bağlı mühüm açıqlama

media-hightechnic-468x90

İranın yeni ali lideri Müctəba Xameneinin səhhəti qaydasındadır, o, müəyyən vaxtdan sonra ictimaiyyət qarşısında görünə bilər.

media-banner_tkm

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.

“Onun səhhəti ilə bağlı çox danışılır. Amma sizi əmin edirəm ki, o özünü yaxşı hiss edir. Hərbi əməliyyatlar şəraitində onun ictimaiyyət qarşısında görünməsi üçün müəyyən vaxt keçməsinin təəccüblü olmadığını düşünürəm”, – Bəqai Misir portalı “Al-Masry al-Youm”a verdiyi müsahibədə qeyd edib.

İslam Respublikasının xarici siyasət idarəsinin nümayəndəsi həmçinin vurğulayıb ki, mövcud şəraitə baxmayaraq, “dövlətin idarə olunması və müdafiəsinin təşkili son dərəcə səmərəli şəkildə həyata keçirilir”.

 

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05