İsrailə yeni təhdid İranın dini lideri Əli Xamneyidən gəlib.
Yenicag.az xəbər verir ki, rejimə yaxınlığı ilə tanınan “Tehran Times” Xamneyinin açıqlamalarını “İsrailin üzünə şillə vuracaq” başlığı ilə dünyaya yayımlayıb.
Xəbərdə “Xamenei İsrailə bu iyrənc cinayətə görə üzünə şillə vurulacağını açıqladı” deyilir. Xameneinin “Sionist rejimin Qəzzada məğlubiyyəti davam edəcək və bu rejim süquta yaxınlaşacaq” dediyi bildirilib.
İranın təhdidlərindən sonra İsrail ordusu təşvişə düşüb. “Əl-Cəzirə” kanalında yer alan xəbərə görə, yeni tədbirlər görən İsrail İranın Dəməşqdəki nümayəndəliyinə hücumdan sonra ehtiyatda olan personalı növbəyə çağırıb. “Bu, İranın Dəməşqdəki missiyasına və SEPAH-ın yüksək rütbəli komandiri də daxil olmaqla çoxlu insanın ölümünə səbəb olan hava hücumlarından sonra İsrailin iranlılardan hər hansı cavab zərbəsi gözlədiyi bir vaxta təsadüf edir”, – deyə məlumatda bildirilir.
Xəbərdə qeyd olunur ki, İsrail ordusu dəyərləndirmədən sonra öz hava hücumundan müdafiə sistemlərini gücləndirmək qərarına gəlib.
“Times of Israel” bu prosesi “İranın Suriyaya hücumunun qisası yaxınlaşdıqca, İsrail hava hücumundan müdafiəsini gücləndirir və qoşun yeridir” kimi şərh edib.
Yenicag.az
www.yenicag.az