İrandan Netanyahuya cavab gəldi
Benyamin Netanyahunun ABŞ-dakı çıxışına rəsmi Tehrandan ilk reaksiya verilib.
Yenicag.az anspress-ə istinadən bildirir ki, Netanyahuya rəsmi cavab verən İranın xarici işlər nazirliyinin mətbuat katibi Mərziyə Əfxam olub. O fikrini keçrdiyi brifinqdə bildirib. Belə ki, Mərziyə Əfxam İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Konqresindəki nitqin pisləyərək, onun İran nüvə proqramına dair yalan yaydığını bəyan edir.
“Netanyahunun nitqi çox darıxdırıcı idi. Netanyahu İranın dinc nüvə proqramının məqsədlərinə dair yalan yaymaqda davam edir. İsrailin baş nazirinin nitqi hiyləgər bir şoudur və Netanyahunun seçkiqabağı kampaniyasının tərkib hissəsini təşkil edir”, – deyə Mərziyə Əfxam bildirib.