İraqın sabiq xarici işlər naziri Tariq Əzizin cəsədi tapılıb.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, bunu “Əl Cəzirə” telekanalına açıqlamasında vəkil Bədi Aref Ezzat deyib.
O bildirib ki, cəsədi silahlı şəxslər oğurlasalar da, İraq hökuməti onu qaytara bilib. Bununla belə vəkil tabutun hazırda harada olduğunu və T. Əzizin nə vaxt dəfn ediləcəyini bilmədiyini söyləyib.
Qeyd edək ki, T. Əzizin cəsədinin olduğu tabut Bağdad aeroportunda oğurlanmışdı.
***
Səddam Hüseynin prezidentliyi dövründə İraqın xarici işlər naziri olmuş Tariq Əzizin cəsədi oğurlanıb.
Bildirilir ki, bu il iyunun 5-də saxlandığı həbsxanada ürək çatışmazlığından ölən Tariq Əzizin meyitinin dəfn olunmaq üçün İordaniyanın paytaxtı Əmmana aparılmasına qərar verilib.
Bağdad hava limanında silahlı qrup meyiti aparan dəstəyə hücum edib və cəsəd oğurlanıb. Tariq Əzizin qızı Zeynəb Əziz bu məlumatı təsdiqləyib.
Qeyd edək ki, 1936-cı ildə Mosulda anadan olan Tariq Əziz Səddam Hüseynin ən yaxın adamlarından sayılırdı. Ömürlük həbs cəzasına məhkum edilən Tariq ƏzizSəddam Hüseynin 24 illik iqtidarı dövründə vəzifəsini qoruya bilən bir neçə şəxsdən biri, İraqda yüksək vəzifədə çalışan tək xristian olub.
www.yenicag.az