“İRƏLİ” Azərbaycan Universiteti ilə əməkdaşlıq edəcək – Fotolar

media-hightechnic-468x90

10815794_904558612917346_269007800_n (1)“İRƏLİ” İctimai Birliyi Azərbaycan Universitetində təqdimat keçirdi.

Bu gün “İRƏLİ” İB Azərbaycan Universitetində təqdimatını keçirtdi. Təqdimatda “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, birliyin üzvləri, Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov və universitetdə təhsil alan gənclər də iştirak etmişdir.

Görüşdə “İRƏLİ” İB-in fəaliyyəti haqqında geniş məlumat verilmişdir. Eyni zamanda Azərbaycan Universiteti layihələri haqqında məlumatlar paylaşıblar.

Təqdimat zamanı gənclərlə geniş müzakirələr və diskussiyalar aparıldı, təkliflər səsləndirildi və gənclərin fikirləri öyrənildi.
Görüş zamanı həssas qruplarla iş mexanizmi müzakirə olmuş və həssas gənc qruplarla iş və sosial işlər istiqamətində yeni təşəbbüslər səsləndirilmişdir.

“İRƏLİ” İB-in Azərbaycan Universitetində fəaliyyət göstərəcək yeni koordinatoru təyin olundu.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600