“İRƏLİ”-dən daha bir layihə

media-hightechnic-468x90

10391047_899447816761759_3643330767389323955_n“İRƏLİ” İctimai Birliyi “Şəxsi İnkişaf Akademiyası” adlı layihə keçirəcək

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və “İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakı şəhərində respublikanın 11 regionunu və Bakıda fəaliyyət göstərən 10 ali təhsil müəsisəsini təmsil edəcək 40 gəncin iştirakı ilə “Şəxsi İnkişaf Akademiyası” baş tutacaq.
Son illər gənclər sektoruna dövlət dəstəyi bu sektorun inkişafına təkan vermişdir. Bunun bariz nümunəsi olaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanaraq hazırlanmış Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramında da region gənclərinin inkişafı və qərar qəbuletmədə iştirakçılığının artırılması öz əksini tapıb.

Gənclər sektorunun inkişafa təkan verməsi həm də bu sahənin də inkişafının zəruriliyini aşkara çıxardı. Bu sahənin nəzəri və praktik inkişafına nail olmaq məqsədilə ”İRƏLİ” İctimai Birliyi “Şəxsi İnkişaf Akademiyası”-nın yaradılması təşəbbüsü ilə çıxış edir. Akademiya region və paytaxt gənclərinin inkişafına sistemli yanaşmanı əsas tutan təlim sessiyalarını əhatə edir.

“Şəxsi İnkişaf Akademiyası” regionlarda və universitetlərdə “İRƏLİ” İctimai Birliyinin nəznində fəaliyyət göstərəcək koordinatorluqların, eləcədə ali təhsil müəsissələrində fəaliyyət göstərəcək gənclərin idarəetmə qabiliyyətlərinin artırılmasına, vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik pirinsipləri əsasında, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakının artırılmasını təmin edəcək. “Şəxsi İnkişaf Akademiyası” koordinatorluqlarda fəaliyyət göstərəcək gənclərin idarəetmə bacarığının, intellektual və yaradıcılıq qabiliyyətinin artırılması üçün təşkil olunacaq.

Xatırladaq ki, “İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600