“İRƏLİ” “DO!” kampaniyasına start verdi-Foto
“İRƏLİ” İctimai Birliyi 1İyun 2015-ci il tarixindən etibarən DO! – Dostlarla Oyunlara kampaniyasına qoşuldu.
Kampaniyanın məqsədi uşaq evlərində mövcüd idman infrastrukturunun təşviqinə dəstək, məhəllə idmanına olan sevgi və ruhu geri qaytarmaq, eyni zamanda Azərbaycanın ev sahibliyi edəcəyi ilk Avropa oyunları ərəfəsində ölkəmizdə aparılan idman siyasətinə gənclər tərəfindən dəstək verməkdir.
DO! – Dostlarla Oyunlara kampaniyasına qoşularaq həm Bakı 2015 ilk Avropa Oyunlarının tərkib hissəsi olacaq, həm də uşaq evlərindəki və məhəllələrdəki mövcüd idman infrastrukturunun daha da yaxşılaşdırılmasına dəstək olaraq idmanının inkişafına yardımçı olacaqlar.
Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə “DO!” kampaniyasına start verərərək kimsəsiz uşaqları sevindirdi.
“İRƏLİ” İctimai Birliyinin Baku2015 ilk Avropa Oyunlarına dəstək çərçivəsində başlatdığı DO! Dostlarla Oyunlara kampaniyasının ilk mərhələsində kimsəsiz uşaq evində tədbir təşkil edildi. Tədbir çərçivəsində kimsəsiz uşaq evlərində mövcüd idman infrastrukturunun təşviqinə dəstək göstərilməsi məqsədilə onlara kampaniya çərçivəsində idman ləvazimatları hədiyyə olundu. Tədbir daha sonra maraqlı və əyləncli oyunlar ilə davam etdi.
Paytaxtın 9 (doqquz) müxtəlif məkanında və səyyar şəkildə müxtəlif regionlarda (Gəncə, Şəmkir, Mingəçevir, Quba, İsmayıllı və s.) stendlər quraşdırılıb. İstənilən şəxs quraşdırılan stendlərə hər gün saat 13:00-dan 21:00-a qədər yaxınlaşaraq, hazırlanmış xüsusi qolbaqları əldə edib kampaniyaya qoşula bilərlər.
Qeyd edək ki, kampaniyanın müddəti: 28 May – 28 İyun tarixinə qədərdir.
Stendlərin yerləşəcəyi məkanlar:
- Park Bulvar Alış Veriş Mərkəzi
- 28 Mall Alış Veriş Mərkəzi
- MetroPark Alış Veriş Mərkəzi
- İRƏLİ İctimai Birliyinin ofisi
- Fəvvarələr Meydanı
- Qoşa Qala qapısının yanı
- Dənizkənarı Milli Park (Kukla teatrının yanı)
- Dənizkənarı Milli Park (paraşüt qülləsi)
- Nizami 81 küç. (Şaurma №1 yanı)