İrəvanda səssiz müharibə - Ermənistanı şahmat taxtasına qoyan KİMDİR?

media-hightechnic-468x90

“Artıq bir neçə ildir ki, Ermənistanda kilsə ilə Paşinyan hakimiyyəti arasında ciddi bir ixtilaf mövcuddur. Bu ixtilafın əsas səbəblərindən biri Ermənistan Apostol (Qriqoryan) Kilsəsinin Paşinyanın siyasətinə açıq-aşkar etiraz etməsi, onu vətənə xəyanət etməkdə günahlandırması və atdığı addımlardan narazılıqdır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

media-5h2xmzwrafswajrcws1s

Siyasi təhlilçi son günlər Ermənistan siyasi sistemində baş verən hadisələrə, o cümlədən hökumətlə kilsə arasında mövcud olan gərginliklərin pərdəarxası məqamlarını şərh edib.

Analitik xatırladıb ki, Paşinyan 2021-ci ildə yenidən Baş nazir seçiləndən sonra onun hədəfə aldığı ilk qurumlardan biri məhz kilsə olmuşdu:

“Elə ötən il keşiş Baqrat Qalstanyanın başlatdığı hərəkatın da əsas məqsədi Paşinyanı devirmək idi. Paşinyan isə bu səbəbdən çalışır ki, kilsəni və onun hazırkı rəhbəri II Qareginə təzyiqlər göstərsin. Məlumdur ki, hələ aprelin sonunda Ermənistan kilsəsində keçirilən yığıncaqda Paşinyanın əleyhinə ifşaedici bəyanatlar səsləndirildi. Bundan sonra Paşinyan da əks tərəfi ittiham etməyə başladı. Yəni bu gərginlik artıq uzun müddətdir ki, davam edir. Kilsənin üzərində Rusiyanın təsiri açıq-aşkar görünür. Bu səbəbdən də Rusiya kilsə vasitəsilə Paşinyanın devrilməsi istiqamətində addımlar ata bilər. Bu baxımdan, hər iki tərəf arasındakı intriqanın və nifaqın davam etməsi təəccüblü deyil”.

Onun sözlərinə görə, hətta kilsə hər vəchlə çalışır ki, erməni tarixi və dini dəyərlərini qabardaraq Paşinyanı xalqın gözündə düşmən obrazında təqdim etsin, onu erməni dəyərlərini satan biri kimi göstərsin və bu yolla insanları ona qarşı üsyana sövq etsin:

“Amma aydındır ki, kilsənin göstərdiyi yol çıxış yolu deyil. Çünki kilsə Ermənistanı yenidən köhnə düşüncələrə – “dənizdən dənizə Ermənistan”, “xristianlığın beşiyi” və digər normativlərə qaytarmağa çalışır. Bu isə ölkədəki revanşizm dalğasını daha da qızışdırır və nəticədə regionda yenidən münaqişə ehtimalını artırır. Əfsuslar olsun ki, bu gün də Ermənistan kilsəsinin erməni cəmiyyəti üzərində ciddi təsiri var. Bu təsir isə Ermənistan üçün müsbət gələcək vəd etmir. Halbuki Ermənistan üçün vacib olan qonşu ölkələrlə diplomatik münasibətlərin qurulması, sülh sazişinin imzalanması və iqtisadi layihələrə qoşulmaqdır. Kilsənin mövqeyi isə bunun tam əksini göstərir və bu da Ermənistanı daha böyük uçuruma sürükləyə bilər”.

“Bu baxımdan, Paşinyan müqavimət göstərməyə çalışır. Amma onun imkanları nə dərəcədə yetərlidir – bu, artıq bir sualdır. Paşinyanın siyasi mövqeyi son vaxtlar nəzərəçarpacaq dərəcədə zəifləyib. Xüsusilə Gümrüdəki seçkilər bunu sübut edir. Mart ayında Gümrüdə keçirilən bələdiyyə seçkilərində Paşinyanın partiyasının məğlub olması, onun siyasi dayaqlarının ciddi şəkildə sarsıldığını göstərir”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600