Ermənistanda siyasi silkələnmə BAŞLADI – Baş nazirin müxalifətə qarşı REPRESSİYASI
“Həmçinin Sarkisyan və Koçaryanın həbsi də gündəmdə ola bilər”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Əziz Əlibəyli deyib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın keçmiş Ermənistan prezidenti Robert Koçaryanı rüşvətxorluqda ittiham etməsinin daxili siyasətə təsirindən və ümumilikdə Baş nazirin əsas məqsədindən danışıb.
Politoloq bildirib ki, seçki ərəfəsində müxalifətin Paşinyan əleyhinə birləşməsi hiss edilirdi:
“Görünür ki, o, klassik müxtəlif formalarda rəqiblərinə zərbələr endirir. Həmin zərbələr arasında kilsəyə hücum xüsusi yer tuturdu. Kilsənin evlilik və başqa mövzularda əxlaqi qaydaları pozması istiqamətdəki düşüncələrini aradan qaldırdı. Belə məsələlər ətrafında proseslər daha da genişlənib. Açıq-aşkar müxtəlif cəbhələrdə olan müxaliflərə qarşı Paşinyan mövqe formalaşdırır. Bu kimi proseslərin seçki ərəfəsində daha çox şahidi olacağıq. Hətta o, ittihamlarla qane olmayacaq. Həmçinin Sarkisyan və Köçəryanın həbsi də gündəmdə ola bilər”, – deyə o, bildirib.
Nəsimi Ələsgərli