“Bu gün İrəvan və Moskvanın arasında üzdə ziddiyətli mövqelər olduğu görünür”
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin qərbyönümlü siyasətin Ermənistan dövlətçiliyini sual altına salacağı ilə bağlı əbyanatını şərh edən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, Münxen Təhlükəsizlik Konfransında iştirak edən Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə yalan danışaraq ictimaiyyəti aldatmağa çalışıb:
“Qərbyönümlü siyasət yürüdən Ermənistan Ukrayna məsələsində guya Rusiya ilə fərqli mövqe nümayiş etdirdiklərini göstərməyə çalışır. Lakin Rusiya və Ermənistanda ticarət dövriyyəsindəki kəskin artım göz qarşısındadır. Bu isə Ermənistanın yalanını bir daha ifşa edir. Yəni Ermənistan Rusiya ilə hələ də əməkdaşlığı davam və inkişaf etdirir.
Bu gün İrəvan və Moskvanın arasında üzdə ziddiyyətli mövqelər olduğu görünür. Lakin pərdə arxasında isə iki ölkə arasında əməkdaşlığın artdığı açıq-aydın müşahidə olunur. Peskov isə Rusiya-Ermənistan siyasi münasibətlərini kəskinləşdirmək istəmədiyi üçün müəyyən qədər sakit tonda qarşılıq verib”.
Nəsimi Ələsgərli
www.yenicag.az