Vuçiç hakim partiyanın qələbəsindən sonra Serbiyanın baş naziri olmağa ümid edir

media-hightechnic-468x90

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərində hakim Serbiya Proqressiv Partiyasının (SPP) qələbə qazanacağına ümid etdiyini və bu halda baş nazir vəzifəsinə namizəd ola biləcəyini bildirib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Vuçiç İsveçrənin “Die Weltwoche” jurnalına müsahibəsində danışıb.

“Ümid edirəm ki, parlament seçkilərində qalib gələcəyik. Əgər partiya belə qərar qəbul etsə və mən də buna hazır olsam, baş nazir vəzifəsinə namizəd ola bilərəm”, – deyə Serbiya Prezidenti bildirib.

Vuçiç daha əvvəl sentyabrda və ya oktyabrın əvvəlində növbədənkənar parlament seçkilərinin tarixini elan edəcəyini açıqlamışdı. Onun sözlərinə görə, Xalq Məclisinə seçkilər oktyabr və ya noyabrda keçiriləcək, prezident seçkiləri isə daha sonra baş tutacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05