!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsa Qəmbər namizədliyini irəli sürəcək? – Müsavat funksioneri AÇIQLADI

!Reklam – Yazi

“Artıq mən namizədliyimi vermişəm və imza vərəqələrini gözləyirəm. Müsavat Partiyası olaraq düşünürük ki, seçki siyasi partiyanın mübarizəsi üçün ən vacib vasitələrdən biridir. Ona görə də Müsavat Partiyası olaraq seçkiyə getmək qərarını verdik. Müsavat Məclisi 3 əleyhinə olmaqla bütövlükdə seçkiyə getmək qərarını qəbul etdi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Müsavat Divanının üzvü və başqan müavini Nüşabə Sadıxlı deyib.

Sentyabrın 1-də keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkilərindən söz açan Müsavat funksioneri əlavə edib ki, partiyası hələlik 34 nəfərlə seçkiyə gedir:

“Lakin sonradan əlavələr olacaq, ya yox, bu, hələlik məlum deyil. Yəqin ki, namizədliyini verənlər yenə də olacaq. Artıq 34 namizədimizdən bir çoxları imza vərəqlərini götürüb imza toplayırlar”.

N. Sadıxlı qeyd edib ki, Müsavat başqanı İsa Qəmbər və partiyanın Ali Məclisinin sədri Arif Hacılının builki seçkilərdə iştirak edib-etməyəcəyi hələlik məlum deyil.

Müxalifətin parlamentdə geniş yer əldə etməsinə dair sualımıza isə siyasətçi belə cavab verib:

“Sözün düzü, buna ümidim çox azdır, hətta demək olar ki, yox dərəcəsindədir. Bu, illərin təcrübəsidir, çünki həmişə müxalifət kifayət qədər səs toplasa da, bizi parlamentə buraxmırlar. Ona görə də ümidim azdır, amma bu, bizə şans verir ki, parlamentə buraxılmasaq belə, ən azından, seçicilərlə görüşüb, onların rəyini öyrənərək, onları fəallaşdıra bilərik. Bizim əsas istəyimiz bundan ibarətdir və bunun uğrunda daha çox mübarizə aparırıq, nəinki parlamentə düşməyin uğrunda. Əslində, Müsavat Partiyasının namizədlərinin böyük əksəriyyəti parlamentdə oturacaq səsləri toplayacaq insanlardır”.

Rafi Müslümov

COP29

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv