İşdən çıxarılan nazir müavini: "Kefim əladır"

media-hightechnic-468x90

Bu gün səhiyyə nazirinin müavini vəzifəsindən azad olunan Elsəvər Ağayev qısa açıqlama verib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Qaynarinfo-ya danışan keçmiş nazir müavinin kefinin yaxşı olduğunu bildirib:

“Kefim əladır. Bir az işlərim var. İşimdən azad olunmağımla bağlı hansısa şərh vermək istəmirəm. Sonra danışarıq”.

Qeyd edək ki, Elsəvər Ağayev 1997-cü ildə Səhiyyə Nazirliyinin “Dərman və Tibbi Texnika” İTB-nin baş direktoru, SN-nin “Əczaçılıq və Tibb Sənayesi” EİB baş direktoru vəzifəsinə təyin edilib.

1999-cu ildən il Səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub. 2013-cü ildə Tərəqqi medalı ilə təltif edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05