İşğala son qoyulmalıdır! - İlham Əliyev BMT debatında
Yenicag.az xəbər verir ki, bunu Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında bildirib.
“1992-ci ildə Ermənistan Xocalı soyqırımını törədib ki, onun nəticəsində Xocalının 106-sı qadın və 63-ü uşaq olmaqla 613 dinc sakini qətlə yetirilib. Ondan artıq ölkə Xocalı soyqırımını tanıyıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir”, – dövlət başçısı söyləyib.