İŞİD Terror Təşkilatı ingilis agenti olduğunu iddia etdiyi beş nəfəri edam etdiyi videoda İngiltərəni də yeni bir terrorla hədələdi.
Yenicag.az xəbər verir ki, İŞİD 10 dəqiqəlik videoda ingilis baş nazir David Cameronu “Ağ evin köləsi”, “yəhudi qatırı” adlandıraraq, İngiltərəni işğal edərək, şəriəti oraya aparacaqlarını qeyd ediblər.
Sosial şəbəkələrdə yayımlanan videoda Qərbin İŞİD-ə qarşı mübarizəsinin nəticə verməyəcəyi qeyd olunub. Videoda Cameronu hədələyənin isə 5-6 yaşlarında ingilis uşaq olduğu təxmin edilir.
www.yenicag.az