İŞİD-çi şagirdləri tapan proqram
Britaniya məktəblərinin direktorlarına potensial İŞİD-çi şağirdləri aşkar edən proqramdan istifadəyə icazə verən kompüter proqramından istifadə etməyi məsləhət görüblər.
Yenicag.az avropa.info-ya i xəbər verir ki, proqram məktəblilərin çat və sosial şəbəkələrdə daxili yazışmalarını izləyərək, açar sözləri müəyyən edir. İŞİD-ə yaxın saytlara girən məktəblilər haqda xəbərdarlıq edir. Belə hallar üzə çıxanda məktəb işçilərinə o dəqiqə hay-küy qaldırmağı məsləhət görmürlər.
Fevral ayında qəbul edilən qanun dövlət məktəblərdən tələb edir ki, müsəlman şagirdlərin İŞİD-ə meyilliliyinin qarşısını alsın.
Məktəblilərin internetdə izlənməsi məsələsi fevral ayında London şəhər məktəbinin üç müsəlman qız tələbəsinin İŞİD-ə qoşulmaq üçün Suriyaya getməsindən sonra gündəmə gəlmişdi.