İŞİD daha bir azərbaycanlını edam etdi
Son zamanlarda İŞİDin müsəlman xalqa qarşı etdiyi cinayətləri görüb etiraz edənlərin sayı çoxalır. Bu etiraz dalğasını boğmaqda qərarlı olan İŞİD müxalifləri “xəvaric” adlandıraraq, edam edir.
Bir neçə həftə əvvəl Qafqaz mənşəli Sergey Asimovu agent deyə edam etmişdi. Daha sonra S. Asimovun 2011-ci ildə Ümrə ziyarətində çəkilən şəkilləri ortaya çıxmışdı.
Yenicag.az Timetürk-ə istinadən bildirir ki, Asimovun edamına bənzər hadisə bir neçə gün öncə yaşanıb. Belə ki, İŞİD Siraç adlı Azərbaycan mənşəli komandirini “xəvaric” ittihamı ilə edam edib.
Əslən Sumqayt şəhərindən olan Siraç Azəri uzun müddət Əfqanıstanda döyüşmüş və daha sonra Suriyaya gələrək İŞİD-ə qatıldığı bilinirdi.