ABŞ-ın rəhbərliyi altında koalisiya qüvvələrinin dekabr ayı ərzində endirdiyi aviazərbələr nəticəsində İraq və Suriya ərazisində 2,5 min İŞİD yaraqlısı məhv edilib.
Bu barədə Beynəlxalq koalisiya komandanlığının nümayəndəsi, polkovnik Stiv Uorren bildirib.
Daha əvvəl isə Uorren Parisdə terror aktlar törətməkdə şübhəli bilinən şəxslər də daxil olmaqla, dekabr ayı ərzində baş tutan əməliyyatlar zamanı İŞİD-in 10 rəhbərinin məhv edildiyini qeyd etmişdi.
Xatırladaq ki, 2014-cü ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
Elə həmin il iyunun ayının sonunda “İslam Dövləti” İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində “İslam Xilafəti” yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.
www.yenicag.az